“Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək

Oxunma vaxtı:35 Saniyə

Yanvarın 10-u Bakı vaxtilə saat 21-də Londonda fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və “Red Hearts” Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə “Qarabağın Səsi” (“Voice of Karabakh”) adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.

Doğrusöztv.Az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərərçəkmiş mülki əhaliyə dəstək göstərməkdir. Konsertdə ölkəmizin tanınmış müqənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.

“Qarabağın Səsi” xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin youtube kanalı vasitəsilə nümayiş etdiriləcək.

Konsertin anonsunu aşağıdakı linkdən izləmək olar:

 619 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib (FOTO/VİDEO)

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib. Doğrusöztv.Az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.  620 total views