ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək

Oxunma vaxtı:30 Saniyə

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 11-də Azərbaycana səfər edəcək.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə təşkilatın Rabatdakı baş ofisindən bildiriblər.

Baş direktor Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşdə ICESCO ilə ölkəmiz arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək. O, ölkəmizin müxtəlif şəhərlərində, o cümlədən Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Salim bin Məhəmməd əl-Malik bildirib ki, səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.

 268 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Kadr siyasəti rüşvətxorluq və korrupsiya ilə mübarizəyə mühüm töhfə verib - Deputat

Kadr siyasəti ümumdövlət siyasətinin əsas sütunlarından biridir. Obyektiv xarakterə malik olan bu siyasət hər bir sivil cəmiyyətin inkişafında mühüm rol oynayır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib. Onun sözlərinə görə, çağdaş dövrdə dövlət idarəçiliyi ilə dövlət qulluğunun, dövlətin sosial-iqtisadi inkişaf problemlərinin həllini səmərəli təmin edə […]