Fatma Yıldırım: “Bir şuşalı kimi çox qürurluyam”

Oxunma vaxtı:1 Dəqiqə, 29 Saniyə

“Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir. Xalqımız əsrlərdən ötüb gələn bu zəngin irsimizi yaşadaraq onu qoruyub, saxlayıb. Amma təəssüflər olsun ki, təcavüzkar düşmənlərimiz Qarabağda 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımızda mədəni irsimizə ciddi ziyan vurublar, çoxlu sayda tarixi-mədəni abidələrimizi məhv ediblər. Lakin biz bu gün torpaqlarımızı böyük şücaət göstərərək məkrli düşməndən azad etmişik, doğma diyarlarımıza qovuşmuşuq və indi milli dəyərlərimizi yenidən bərpa etmək qarşımızda duran ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı cənab İlham Əliyev artıq bu istiqamətdə müvafiq tapşırıqlarını verib”.

Doğrusöztv.Az bildirir ki, bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O bildirib ki, tarix boyu alınmaz qala adlandırılan Şuşa Qarabağın tacı, mədəniyyət beşiyi olubdur. Təsadüfi deyil ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırıblar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Cənab Prezident müharibə vaxtı müsahibələrinin birində Şuşasız bizim işimizin yarımçıq qalacağını qeyd etmişdi, indi də dirçəliş dövründə ölkə rəhbəri tərəfindən Şuşanın Mədəniyyət Mərkəzi elan olunması bu fikrin davamıdır və dünyaya çox vacib mesajdır. Güclü dövlətimiz Şuşanı dirçəldərək təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət incisi olan simasını yenidən özünə qaytaracaq. Bu bir qarabağlı, şuşalı kimi məni çox sevindirir və qürurlandırır.

Deputat qeyd edib ki, dövlət başçısının tapşırığı ilə bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı təşkil olunacaq: “Vətən Müharibəsindən sonra tez bir zamanda belə gözəl mədəni tədbirlərin keçirilməsi də hər birimizi çox sevindirir və xalqımız tərəfindən rəğbətlə qarşılanır. Digər tərəfdən, dövlət başçısının tapşırığı ilə Füzuli rayonunda qısa müddətdə beynəlxalq aeroportun inşa edilməsi Şuşaya xarici qonaqların daha asan gəlməsinə şərait yaradacaq. Beləliklə, biz öz qədim Şuşamızı, öz mədəniyyətimizi, öz tariximizi dünyaya nümayiş etdirə biləcəyik. Ümumiyyətlə, görünən odur ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda görülən bütün işlər bizim Şuşaya tez bir zamanda qovuşmağımıza hədəflənib”.

 287 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezident İlham Əliyev Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edib

Prezident İlham Əliyev Vidadi Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.  288 total views