Yeni tədris ilində peşə təmayüllü siniflər necə fəaliyyət göstərəcək?

Oxunma vaxtı:1 Dəqiqə, 10 Saniyə

2020-2021-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əhatə dairəsi daha da genişləndirilib. Hazırda layihə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 1187 şagird və 165 müəllimi əhatə edir.

Doğrusöztv.Az-ın məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, ötən tədris ilində layihə çərçivəsində dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası və santexnik, mebel quraşdırma, aqronom, dərzi peşə ixtisasları tədris edilirdisə, 2020-2021-ci tədris ilində qənnadçı, bərbər, xalçaçılıq, İKT olmaqla, daha 4 peşə ixtisasının tədrisinə başlanılıb. Həmçinin cari ildən 20 məktəbdə STEAM metodologiyası tətbiq edilir. 2020-2021 tədris ilinin sonuna doğru isə 20 məktəbdə 417 şagird üçün “Sürücülük” modulunun tətbiqinə başlanacaq.

2020-2021-ci tədris ilində peşə təmayüllü siniflərdə dərs deyən müəllimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə btəlimlər təşkil edilib. Ümumilikdə təlimlərdə 210 nəfər iştirak edib. Peşə təmayüllü siniflərin iştirakı ilə bir sıra sosial layihələr də həyata keçirilib.

2021-2022-ci tədris ilində peşə təmayüllü siniflərin sayının 50 məktəbdə 85 sinfə, şagirdlərin sayının isə 1700-ə çatdırılması planlaşdırılır. Həmçinin 35 ümumi təhsil müəssisəsində 700 şagird üçün “Sürücülük” modulunun və STEAM metodologiyasının tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

 434 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Son dəqiqə! Döyüşlərdə iştirak edənlərə şad xəbər: Mart ayından etibarən...

“Şəhidlərimiz haqqında bizdə məlumatlar var. Ona görə də şəhid ailələrimizin “YAŞAT” Fonduna müraciət etməsinə ehtiyac yoxdur. Onlarla bağlı məsələyə birbaşa olaraq Fond tərəfindən baxılacaq”. O, Birinci Qarabağ müharibəsi iştirakçılarına da müraciət edib: “Mart ayından etibarən Fonda müraciət etsinlər. Düşünürəm ki, bizim müraciətimizi müsbət qarşılayacaqlar”.  435 total views