Prezident İlham Əliyev: Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Horadiz-Ağbənd dəmir yolu da, – Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, – yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Ənənəvi bazarlar qalmaq şərti ilə yeni bazarlara çıxmalıyıq

Azad edilmiş torpaqlarda kənd təsərrüfatı işlərini planlı şəkildə görməliyik. Birincisi, ərzaq təhlükəsizliyi üçün. İkincisi, ixrac potensialımızın artırılması üçün. Doğrusöztv.Az xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Dövlətimizin başçısı deyib: “Biz burada da ixrac potensialımızı şaxələndirməliyik. Çünki bu yaxınlarda Rusiya tərəfindən […]