Peyvənd vurdurmayanlar Avropaya buraxılmayacaq? – Aİ-dən rəsmi açıqlama

Oxunma vaxtı:37 Saniyə

Avropa Birliyinə daxil olmayan ölkələrdən girişlə bağlı tətbiq olunan müvəqqəti məhdudiyyətlər vaksinasiyadan asılı deyil.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq Avropa İttifaqından (Aİ) bildiriblər.

Qeyd edək ki, sosial şəbəkələrdə Avropa İttifaqının COVID-19-a qarşı peyvəndlənməni təsdiq edən yeni Avropa pasportları tətbiq etdiyi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, yalnız Aİ tərəfindən sertifikatlaşdırılmış Moderna və Pfizer ilə peyvəndlənmiş şəxslər Aİ-yə Şengen vizası ala biləcəklər.

“Biz bu məlumatı təsdiq edə bilmərik. Hazırda Aİ-yə üzv ölkələr təşkilata üzv olmayan dövlətlərdən (bir sıra dövlətlər istisna olmaqla) Aİ-yə girişlə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edirlər ki, bu da vizaların verilməsinə təsir göstərir. Lakin bu vaksinasiyadan asılı deyil. Hazırda biz bu siyasətlə bağlı hər hansı mümkün dəyişikliklər barədə əvvəlcədən məlumat verə bilmərik”.

 121 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezident İlham Əliyev: Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci […]