Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uğurlu fəaliyyətini Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyinə borcludur – Albaniya Prezidenti

Oxunma vaxtı:47 Saniyə

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təkcə məşhur Azərbaycan şairinin yaradıcılığının deyil, həm də nəcib dəyərlərin, tolerantlığın, multikulturalizmin, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təbliği üçün mühüm plaformadır.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə Albaniyanın Prezidenti İlir Meta deyib.

O bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyəti müddətində ümumi problemlərin müzakirəsi, dəyərləndirilməsi və həll yollarının müəyyənləşdirilməsi üçün əsl qlobal platformaya çevrilib:

“Burada inklüziv cəmiyyətin qurulması prosesində qarşılaşacağımız problemlər, eləcə də yeni xarici siyasətin tələbləri, o cümlədən COVID-19 pandemiyası ilə səmərəli mübarizə məsələləri müzakirə olunur. Bunlar yalnız müzakirə olunan məsələlərin bir neçəsidir. Mərkəzin keçirdiyi hər debatda dəqiq ismarıc səsləndirilir: yalnız birgə, dialoq və əməkdaşlıq vasitəsilə biz bu problemlərin düzgün və dayanıqlı həllinə nail ola bilərik”.

İ.Meta əlavə edib ki, Mərkəz özünün uğurlu fəaliyyətini Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri İsmail Serageldinin rəhbərliyinə, baş katib Rövşən Muradovun düşünülmüş və gərgin işinə borcludur.

 955 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyə Prezidenti İğdır-Naxçıvan qaz kəməri ilə bağlı yeni qərar verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəməri layihəsinin reallaşması üçün kommunikasiya xətləri və digər işlərin görülməsi barədə qərar verib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin rəsmi mətbuat orqanında dərc olunan qərar əsasən bu işlər TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətinə tapşırılıb. Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə […]