Erməni təcavüzündən zərər çəkmiş Gəncə sakinlərinə kompensasiyalar verilməyə başlandı (FOTO)

Oxunma vaxtı:39 Saniyə

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncəyə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanılıb.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, bunun üçün Gəncədə raket hücumu nəticəsində yaşayış evlərinə ziyan dəymiş vətəndaşlara və ya onların qanuni nümayəndələrinə plastik kartlar paylanılıb. Plastik kartlar vətəndaşlara təqdim olunub.

Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq sosial məsafənin gözlənilməsinə polis və Daxili Qoşunların əməkdaşları nəzarət ediblər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində ölkə üzrə mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

Xatırladaq ki, Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 4,5,8,11,17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşinə tutulub. Nəticədə 26 mülki şəxs həlak olub, 120-dən artıq vətəndaş yaralanıb.

Erməni təcavüzündən zərər çəkmiş Gəncə sakinlərinə kompensasiyalar verilməyə başlandı (FOTO) - Gallery Image

 844 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uğurlu fəaliyyətini Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyinə borcludur - Albaniya Prezidenti

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təkcə məşhur Azərbaycan şairinin yaradıcılığının deyil, həm də nəcib dəyərlərin, tolerantlığın, multikulturalizmin, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təbliği üçün mühüm plaformadır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə Albaniyanın Prezidenti İlir Meta deyib. O bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyəti müddətində ümumi problemlərin müzakirəsi, dəyərləndirilməsi və həll yollarının […]