Serbiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:43 Saniyə

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının bundan sonra da inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm.

Müxtəlif məsələlər üzrə fikir və ideyalarımızı açıq mübadilə imkanı kimi qiymətləndirdiyim əvvəlki görüşlərimizi məmnunluq hissi ilə xatırlayıram. Ümid edirəm ki, qarşıdakı illərdə də ölkələrimiz arasındakı əhəmiyyətli münasibətləri inkişaf etdirməyə səy göstərəcəyik.

Serbiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad ruhunda inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirir, Kosovo və Metoxiya məsələsində Azərbaycanın prinsipial mövqeyinə, həmçinin beynəlxalq təşkilatlarda Serbiyaya göstərilən dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək Serbiyanın BMT-yə üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə prinsipial sadiqliyini vurğulayıram.

Hər zaman səmimi dostların əhatəsində olmağınızı, fədakar əməyinizin nəticələrinin gələcək nəsillər tərəfindən minnətdarlıqla qarşılanmasını arzu edir, bir daha Sizə dərin ehtiramımı bildirirəm”.

 693 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İsmayıllıda zəlzələ olub

Dekabrın 25-də Xınalıq seysmoloji stansiyasından 16 kilometr cənubda – İsmayıllı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib. Doğrusöztv.Az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:14-də qeydə alınıb. Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.  694 total views