İsmayıllıda zəlzələ olub

Dekabrın 25-də Xınalıq seysmoloji stansiyasından 16 kilometr cənubda – İsmayıllı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib. Doğrusöztv.Az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:14-də qeydə alınıb. Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Serbiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri. Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının bundan sonra da inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm. Müxtəlif məsələlər üzrə fikir və ideyalarımızı açıq mübadilə imkanı kimi qiymətləndirdiyim əvvəlki görüşlərimizi […]

Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması ilə bağlı görüş keçirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirdi. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının […]

İşğaldan azad edilən ərazilədə qoruq və milli parklar yaradılacaq

İşğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı” verilişində çıxış edərkən deyib. Onun sözlərinə görə, işğaldan əvvəl milli park anlayışı yox idi. Artıq qanunvericlik milli parkların yaradılmasına imkan […]

Bu hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi birinci oxunuşda müzakirə edilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir. Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir: “4.0.1.8. müddətli həqiqi hərbi […]

Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə […]

2021-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

2021-ci ilin dövlət büdcəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisə təqdim olunan layihədə 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur. İcmal […]