Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək haqqı əlavələri ödənildi

Oxunma vaxtı:32 Saniyə

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə 1, 4 mln manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.

 245 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Xankəndidə ermənilər evləri kütləvi şəkildə satışa qoyublar (FOTO)

Xankəndidə ermənilər evləri təcili şəkildə satışa qoyublar. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, müxtəlif ev elanı saytlarında yerləşdirilən evlər təcili satıldığı bildirilir. Diqqət çəkən məqamlardan biri isə odur ki, evlərin böyük əksəriyyəti bütün əşyaları ilə birlikdə satışa qoyulub. Evlər təcili satıldığı üçün bazar qiymətindən aşağıdır.  246 total views