190 manat bu şəxslərə veriləcək – Nazirlik açıqladı

Oxunma vaxtı:36 Saniyə

Bundan əvvəl birdəfəlik ödəmə üçün müraciət edən şəxslər barədə elektron araşdırma aparılacaq.

Dogrusoztv.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, bu dəfə də 600 min şəxsə 190 manat yardım ediləcək, ancaq bu rəqəm dəyişə də bilər:

“Karantin rejimindəki məhdudlaşma ilə bağlı iqtisadi fəallıq aşağı düşdüyünə görə, daha öncə 190 manat birdəfəlik yardım üçün müraciət edən vətəndaşlar arasında Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara və qaydalara uyğun olaraq elektron araşdırma aparılacaq. Bu dövr ərzində işsiz statusu qüvvədə olan və əmək müqaviləsi ilə işə götürülməyən şəxslərə yenidən 190 manat ödəniləcək. Birdəfəlik ödəmə ediləcək şəxslərin sayı hazırda 600 min nəfərdir, ancaq bu arta da bilər, azala da”.

 1,404 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Dövlətimə və Xalqıma sədaqətlə xidmət edirəm

Mən Əsədov Mütalib Maarif oğlu 15 dekabr 1990-ci ildə Laçın rayon Dambulağ kəndində ziyalıailəsində anadan olmuşam.1997-ci ilin sentyabr 1-də Laçın rayon Dambulağ kənd orta məktəbinədaxil olub, 2008-ci ilin İyun ayının 24-də 11(on birinci)tam başa vurmuşam. 6 may 2008-ci iltarixdə.Bakı Slavyan Universitetində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinəhəsr edilmiş […]