“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

Oxunma vaxtı:38 Saniyə

4 dekabr 2020-ci il tarixində “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.

Doğrusöztv.Az-ın məlumatına görə, mərasim COVID 19 pandemiyası şəraitinə uyğun onlayn formada təşkil olunub.

4-6 dekabr tarixini əhatə edəcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin və “NewSpace” şirkətinin təşkilatçılığı ilə keçirilir. Tədbir, eyni zamanda “İDRAK Texnoloji Transfer” MMC-nin, “PAŞA Bank”ın və “Pavotek” şirkətinin sponsorluğu ilə reallaşdırılır.

Onlayn formada təşkil olunacaq Hakatonda mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.

“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib - Gallery Image
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib - Gallery Image
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib - Gallery Image
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib - Gallery Image

 880 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qarabağ səmalarını artıq ay və ulduz bəzəyir - Ərdoğan

Azərbaycanlı qardaşlarımızın mücadilələri nəticəsində bu gün Qarabağ səmalarını əski parçaları deyil, ay və ulduz bəzəyir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır.  881 total views