Müdafiə Nazirliyi itkin düşmüş və hazırda müalicə olunan hərbi qulluqçularımızın sayını açıqlayıb

Oxunma vaxtı:32 Saniyə

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub.

Doğrusöztv.Az-ın məlumatına görə, Müdafiə Nazirliyindn verilən məlumata görə, onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 459 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında çıxış edib. Doğrusöztv.Az-ın mılumatına görə, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir çıxışında deyib: “İlk növbədə, Nazirlər Şurasının 27-ci iclasının mükəmməl təşkili üçün ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Avropa və xarici işlər naziri cənab Edi Ramanı təbrik […]