Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib

Oxunma vaxtı:24 Saniyə

Türkiyə iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib və mərhumun ailəsinə başsağlığı verib.

Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir: “Biz iranlı alim Möhsün Fəxrizadənin Tehranda silahlı hücum nəticəsində öldürülməsindən təəssüflənirik. Bu dəhşətli qətli qınayırıq və İran hökumətinə və mərhumun ailəsinə başsağlığı veririk”.

Türkiyə XİN bütün tərəfləri bölgədəki gərginliyin artmasına səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır və hücuma görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verəcəyinə ümid edir.

 531 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və beynəlxalq təşkilatların nümayəndəliklərin rəhbərləri noyabrın 28-də erməni işğalından azad olunmuş Tərtər və Ağdamda olublar. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, səfərdən sonra Hikmət Hacıyev özünün Twitter səhifəsində bir sıra foto və videogörüntülər […]