Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq – Mikayıl Cabbarov

Oxunma vaxtı:30 Saniyə

İşğaldan azad olunmuş Qarabağ regionunda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COMCEC-in 36-cı sessiyasının açılış mərasimində deyib.

Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov xüsusi çıxış edib. İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan Azərbaycanın iqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

 533 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digər Qərb ölkələrində olduğundan daha yüksəkdir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tüveycri öz “Twitter” səhifəsində yazıb. O, müxtəlif tədbirlərdə iştirak etmək üçün dəfələrlə Azərbaycanda olduğunu və müxtəlif dini konfessiyaların nümayəndələri ilə dəfələrlə görüşdüyünü yazıb: […]