İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Oxunma vaxtı:26 Saniyə

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 192.12-ci maddə əlavə edilir:

“192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə –

vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.”.

Həmçinin, 599-cu maddənin adında və mətnində “Ali” sözü “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali” sözləri ilə əvəz edilir.

 226 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu

Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatla atəşkəsin bərpa olunduğunu xatırladan nazir bu sənədi dəstəklədiklərini deyib: “Birincisi, Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu razılaşma […]