Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır – Putin

Oxunma vaxtı:24 Saniyə

Rusiya Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə böyük səylər göstərir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici səfirlərlə görüşü zamanı deyib.

O bildirib ki, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda daha da çox qan tökülməsinin qarşısı alındı:

“Hazırda rusiyalı sülhməramlılar atəşkəs rejiminə əməl olunmasına nəzarəti həyata keçirir, dinc sakinlərin təhlükəsizliyini təmin edir və humanitar yükləri müşayiət edir. Ümumilikdə Dağlıq Qarabağda vəziyyət stabilləşir, həm Bakı, həm də Yerevanın maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır”.

 218 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənilər Kəlbəcərin girişindəki "Xoş gəlmisiniz" lövhəsini söküblər

Ermənilər Kəlbəcərin girişindəki “Xoş gəlmisizin” yazısı olan məlumat lövhəsini söküblər. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan “Facebook” səhifəsində foto paylaşıb. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı sənədə görə, 25 noyabrda erməni tərəf işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycana təhvil verəcək.  219 total views