Paşinyan mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir: bundan o tərəfi varmı? – Şərh

Oxunma vaxtı:1 Dəqiqə, 33 Saniyə

Ermənistan dövlətinin Dağlıq Qarabağ cəbhəsindəki məğlubiyyəti, yəni onun hərbi tənəzzülü ölkədəki digər sahələrə də ciddi şəkildə təsir edib. Təbii, mənfi anlamda. Diqqət edin, bədnam qonşularımızın hökümətində köhnə nazirlərdən demək olar ki, kimsə qalmayıb. Ya özləri istefaya gedib, ya da istefaya məcbur edilib. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Ermənistan xaos içindədi: “Mitinqlər ard-ardadır. Parlament Paşinyanın istefasını tələb edir. Ermənistanın Ali Məhkəməsi, Ombudsmanı, digər qurumları açıq şəkildə baş nazirə qarşı sərt mövqe bildirir. Bundan o tərəfi varmı? Xeyr. Paşinyan həqiqətən bitib. Sözün gerçək mənasında bitib. Ona görə də mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir, üzə çıxmır, hətta xalqa müraciətini də hansısa dəhlizlərdə, dalanlarda, qaranlıq otaqlarda edir.

Paşinyan hazırda özünun və hakimiyyətinin xilasını yalnız ona müxalif olanları həbs eləməkdə görür və elə bilir ki, üzdə olan müxalifətçiləri siyasi meydandan təcrid eləməklə məsələni çözəcək. Fəqət, onun bütün bu addımları əbəsdir. Ermənistanı onsuz da bu günə qoyan onun mənfur xisləti, eyni zamanda işğalçı siyasəti olub və təəssüf ki, onlar bu siyasətdən öz iradələri ilə imtina etmədilər.

Azərbaycan və onun müzəffər ordusu, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti Ermənistanı məcbur etdi ki, geri çəkilsin. Eynən cənab Prezidentin söylədiyi kimi: “Bizim dəmir yumruq Ermənistan ordusunu çökdürdü, pərən-pərən etdi, məhv etdi”. İndi Paşinyan yəqin başına-başına döyür. Məğlubiyyətdən dolayı. Uğursuzluqdan dolayı. Amma məsələ burasındadır ki, həmin məğlubiyyət və uğursuzluq labüd idi, nə zamansa olmalı idi, əvvəl-axır Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəcəkdi və həmin tarix 2020-ci ilə təsadüf etdi.

İndi bədbəxt və uğursuz Paşinyan getsin başına çarə qılsın. Hazırki durumda isə istefadan və rəzil günə qaldığını etiraf etməkdən savayı çarə yoxdur. Ermənistan çökməli idi və çökür. Ermənistan hakimiyyəti Paşinyan başda olmaqla bu rəzilliyə, bu rüsvayçılığa çoxdan layiq idi. Bu dövlətin təlatümləri hələ qabaqdadır. Ermənistan kimi onun-bunun əlaltısı olan ölkə ağır günlər keçirməyə və ard-arda məğlubiyyətlər dadmağa məhkumdur”.

 188 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

Nazirlər Kabineti 455 № li Qərarına dair izah verib. Doğrusöztv.Az-ın məlumatına görə, Kabinetdən Trend-ə bildirilib ki, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən […]