“Ermənistan “İsgəndər”dən istifadə edib” deyən generala cinayət işi açıldı

Oxunma vaxtı:30 Saniyə

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi və baş hərbi müfəttişi, general-mayor Movses Akopyan barəsində cinayət işi açıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.

Qeyd edək ki, M.Akopyan bir neçə gün öncə Ermənistan cəmiyyətində əks-səda doğuran açıqlamalar vermişdi.

O bildirmişdi ki, Dağlıq Qarabağda döyüşlər davam edərkən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qərargahda generalların işinə müdaxilə edirdi. Onunla mübahisə etdiyi üçün general Yerevana çağırılmışdı.

Bundan başqa, M.Akopyan Ermənistandan Azərbaycana “İsgəndər” raketinin atıldığını demişdi. Bu açıqlamalarda sonra o, ifadə verməyə çağırılmışdı.

 229 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezident İlham Əliyev: Bəyanatın müddəaları uğurla həyata keçirilir

Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini […]