Rusiya televziyası əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında veriliş hazırlayıb (FOTO/VİDEO)

Oxunma vaxtı:42 Saniyə

Rusiyanın “Rossiya-1” telekanalı əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında veriliş yayımlayıb.

Trend-in məlumatına görə, verilişdə M.Əsədovun qəhrəmanlığından bəhs olunub.

Qeyd edək ki, daha əvvəl kəşfiyyatçının həyatından, Böyük Vətən müharibəsi dövründəki qəhrəmanlıqlarından bəhs edən müharibədə qələbənin 75 illiyinə həsr olunan Azərbaycan,rus və ingilis dillərində “Azərbaycanlı kəşfiyyatçı və Tehran-43 konfransı” kitabı dərc olunmuşdu.

Azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun qəhrəmanlıq salnaməsi… (FOTO)

Kitabın müəllifləri “Alyans” Xüsusi xidmət orqanları veteranları İctimai birliyinin sədr müavini Azər Qarayev və Milli Məclisin deputatı Arzu Nağıyevdir.

Verilişdə, həmçinin kitabda yer alan arxiv sənədləri və tarixi faktlar əks olunub.

Verilişdə M.Əsədovun 1943-cü il noyabrın 28-də Stalin, Çerçill və Ruzveltin iştirakı ilə keçirilmiş Tehran konfransı ərəfəsində alman kəşfiyyatının planlaşdırdığı liderlərə sui-qəsd barədə məlumatı əldə etməsi ətraflı təsvir olunub.

Qeyd edək ki, bu uğurlu əməliyyata görə Məmmədhüseyn Əsədov iki ordenlə mükafatlandırılmışdı.

 221 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Doğrusöztv.Az xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi: -Hörmətli cənab nazir. Hörmətli nümayəndə heyətinin üzvləri. Sizi Azərbaycanda salamlamağa şadam. Sergey Kujuqetoviç, sizinlə 3 ay bundan əvvəl görüşmüşük. O vaxt siz […]