Rəhbərlik nümunəsi

Oxunma vaxtı:4 Dəqiqə, 33 Saniyə

“İngilis dili dərslərində tənqidi və yaradıcı düşünməyi öyrədək” uğurla davam edir.

Layihənin rəhbəri Bərdə şəhər Milli Qəhrəman E.kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru Tofiqə Məmmədovadır. Layihə rəhbəri Tofiqə Məmmədova bu cümləni işlətməyi çox sevir: Tənqidi və yaradıcı təfəkkür uğurlarımızın açarıdır. T.Məmmədova Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III və IV qrant müsabiqələrinin qalibidir.

Müasir dövrdə Azərbaycan təhsilinin qarşımıza qoyduğu məqsəd XXI əsrin tələblərinə cavab verən, mənəvi dəyərləri özündə birləşdirən, aldığı informasiyalara tənqidi və yaradıcı yanaşmağı və həyatda tətbiq etməyi bacaran şəxsiyyətlər yetişdirməkdir.

Azərbaycan prezidenti Cənab İlham Əliyevin 2016-cı il 6 dekabır tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilir ki, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşakarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görülməli, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdirilməlidir. Hazırda Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar bu istiqamətdə yeni yanaşmaların tətbiq olunmasını da aktuallaşdırılıb. Təhsil Nazirliyinin apardığı islahatın əsas məqsədi, ana xətti təlim prosesində şagird təfəkkürünün inkişafı üçün ona bilik ötürməyi yox, bilik qazanmaq üçün şərait yaratmaqdır və eləcə də şagirdlərin bu istiqamətdə daha keyfiyyətli təhsil almalarına töhvə verməkdir.

Hazırda yetişməkdə olan nəsli müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədi olduğundan şagirdlərin şəxsiyyət kimi formalaşmasında tənqidi və yaradıcı təfəkkürün inkişafı çox mühüm amildir. Bu isə öz növbəsində fəal təlim metodlarından isstifadə etməklə, şagirdlərin idrak fəallığının artırılmasını, onları düşündürməyə, müstəqil qərarlar çıxarmağa yönəltməyi zəruri edir. Təfəkkür bacarıqları informasiyanı müşahidə edib analiz etməyə, nəticə çıxartmağa və problemi həll etməyə imkan verir, şagirdlərin düşünmə qabiliyyətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına, bir sözlə, şagirdlərin şəxsiyyət kimi formalaşmasına xidmət edir.

Belə şəxsiyyət tənqidi düşünməyi, fikir irəli sürməyi, başqalarının fikrinə münasibət bildirməyi, gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşılaşdığı problemlərin optimal həllini tapmağı bacarır, problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi bacarır ki, bu da bugünkü təhsilimizin qarşıya qoyduğu ən mühüm məqsəddir.

Bu gün Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə biznes və təhsil əlaqələri geniş vüsət almışdır. İstənilən sahədə uğur qazanmaq istəyən hər bir azərbaycanlı bir və ya bir neçə xarici dil bilməli, aşağıdakı bacarıqlara malik olmalıdır:

  • tənqidi və yaradıcı düşünməyi bacarmaq
  • fərqli kontekstləri bir neçə dildə müqayisə etmək;
  • biliyini müstəqil şəkildə dərinləşdirmək.

Bu bacarıqlara nail olmaq üçün, ingilis dilinin tədrisində nailiyyətlər əldə etmək üçün şagirdlərin tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək günün tələbidir. Bu gün ümumitəhsil məktəblərində təhsilə yanaşma sürətlə dəyişir. Şagirdlər informasiya bolluğundan tənqidi, yaradıcı və məhsuldar şəkildə istifadə etməyi bacarmalıdırlar. Onlar tənqidi surətdə düşünməli, tənqidi surətdə öyrənməlidirlər. Tənqidi təhlil prosesi sistematik olmalıdır: elə bir proses ki, onları təkcə məktəb dövründə deyil, bütün həyatları boyu onların müstəqil tənqidi fikir və münasibətlərini istiqamətləndirməlidir.

Bunun baş verməsi üçün təfəkkürü inkişaf etdirən tədris anlaşıqlı və sistematik şəkildə həyata keçirilməlidir ki, şagirdlər prosesi ardıcıl başa düşsünlər və tətbiq edə bilsinlər. Amerika Kollec və Universitetlər Assosiasiyasının pedaqoqları Arend, Halx və Roybold və digərləri belə hesab edirlər ki, şagirdlərin beyinlərini tənqidi təfəkkürlə qurmaq lazımdır. Bunun üçün də tənqidi təfəkkürü inkişaf etdirən müəllimlərin rolu onların müəllim kimi rollarından fərqli olmalıdır. Belə ki, artıq təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı isə çox mühüm amil sayılir. Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir.

Bu gün dərslər şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliyyətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət etməlidir. Çünki tənqidi və yaradıcı təfəkkür uğurlarımızın açarıdır. Bu gün Azərbaycan təhsilinə bu kompitensiyaları aşılaya bilən şagirdlərin tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək qabiliyyətində olan innovativ müəllimlər lazımdır.

Bərdə şəhərində yerləşən yerli və məcburi köçkün məktəblərində çalışan 30 ingilis dili müəlliminə şagirdlərin tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək yollarını öyrətmək bu layihənin əsas məqsədidir.

İngilis dilinin tədrisinin əsas problemlərindən biri şagirdlərdə tənqidi və yaradıcı təfəkkürün zəif olmasıdır. Şagird qrammatik qaydaları bilir amma dialoqa girə bilmir, səbəb nəticə əlaqələrini məntiqi ardıcıllığı başa düşə bilmir öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. tədrisprosesində informasiya texnologiyalarından istifadə, dil öyrənənlərin kommunikativ və mədəniyyətlərarası kompetentlik məsələlərini yuksəltmək fənnin tədrisinin prioritet istiqamətlərindəndir. Dünya iqtisadiyyatına, mədəniyyətinə və təhsil sisteminə inteqrasiya etmək üçün şagirdlərimizin təngidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək günün tələbinə çevrilmişdir. Çünki tənqidi təfəkkür uğurun açarıdır deyirlər.

“Azərbaycanın 2020-ci ildə gələcəyə baxış” İnkişafın Konsepsiyasında şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi üçün müvafiq tövsiyyələr vardır. Sənəddə vuğulanıb ki, şagirdlərin idrak fəllığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçirməlidir. Bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir İngilis dilini tədris edən müəllimlər müxtəlif mənbələrə müraciət etməlidirlər. Biz XXI müəllimləriyik və təbii ki, buna uyğun şəkildə əsrin tələblərinə cavab verməliyik. Bu layihə çərçivəsində müəllimlər tənqidi və yaradıcı təfəkkürün ingilis dili dərslərində təkmilləşdirmə yollarını öyrənəcəklər Layihə iştirakçıları What is critical Thinking. Strategies, That Enhance Critical Thinking in EFL Critical Thinking Standards, Barriers To Critical Thinking in EFL, Bloom Taxonomy, Six Thinking Hats, The Flipped Classroom, Socratic method və s. ilə tanış olacaqlar. Bütün bunların nəticəsində 30 ingilis dili müəllimi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini yerinə yetirmək üçün onların qarşısında dövlət tələblərini, xüsusilə də xarici dilin tədrisinin əsas prioritet istiqamətlərindən olan kommunikativ bacarıqlar xarici dil üzrə məzmun standarları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətlərini ünsiyyət, əməkdaşlıq, problem həlli, tətbiqetmə – yeni strategiya və metodlarla tədris etmək üsullarını mənimsəyəcəklər və eləcə də şagirdlərin bu istiqamətdə daha keyfiyyətli təhsil almalarına töhvə verəcəklər.

Müsahibəni götürdü Doğrusöztv.Az milli informasiya agentliyi.

 580 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ağdamın işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə olunub (VİDEO)

İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olunub. Doğrusöztv.Az məruzə videosunu təqdim edir:  581 total views