Sabah hava yağışlı, küləkli olacaq

Oxunma vaxtı:46 Saniyə

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Doğrusöztv.Az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Noyabrın 20-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 24 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Bu il “Məşğulluq” altsistemi üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə işə götürənlər tərəfindən daxil edilmiş vakansiyalar üzrə işsiz və işaxtaranlara elektron qaydada göndərişlərin verilməsi davam edir. Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, bu il altsistem üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib. Hazırda “Məşğulluq” altsistemində 31 minə yaxın vakansiya […]