XİN Paşinyanı təkzib etdi – Zöhrab Mnatsakanyan vəzifəsindən azad edildi (ƏLAVƏ OLUNUB)

Oxunma vaxtı:35 Saniyə

Ermənistan hökumətinin daxilində fikir ayrılıqları güclənməyə başlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərini təkzib edib.

Qeyd edək ki, N.Paşinyan Ermənistanın qarşısında Şuşa şəhərinin və Dağlıq Qarabağ ətrafında yedd rayonun Azərbaycana verilməsi, əks təqdirdə müharibənin başlayacağı barədə seçimin olduğunu demişdi.

Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə bildirib ki, heç bir variantda Ermənistanın Şuşanı verməsi təklifi mövcud olmayıb.

Eyni zamanda, erməni mətbuatında xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefa verməsi məlumatı verilib. Ermənistan baş naziri Nikol Paşinyan Zöhrab Mnatsakanyanın istefasını qəbul edib

X X X
15.55

Nikol Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı vəzifəsindən azad edib.

Doğrusöztv.Az Trend -ə istinadən xəbər verir.

 327 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şuşada Gövhər ağa məscidinə elektrik enerjisi verildi (VİDEO)

“Azərişıq” ASC işğaldan azad olunan ərazilərimizin elkektrik enerjisi ilə təchizatına başlayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, artıq Şuşa şəhərində bununla bağlı işlərə start verilib. İlk olaraq Şuşadakı Gövhər ağa məscidi elektrik enerjisi ilə təchiz edilib.  328 total views