Oxunma vaxtı:21 Saniyə

Cəbrayılda Ermənistan ordusunun bütün müdafiə xətləri məhv edildi. 80 erməni əsgərdən 40 nəfər qalmışdı.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib.
“Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi” – deyə Eduard Vartanyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki maşınları, obyektləri vurmurdu, buna görə də erməni genral təcili tibbi yardım maşınına minib ərazidən qaçıb.