İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib (FOTO)

Oxunma vaxtı:37 Saniyə

İstanbul şəhərinin Bəyazit meydanında Azərbaycan Ordusunun tarixi zəfərlərə imza atması, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi münasibətilə Azərbaycana dəstək aksiyası keçirilib.

Doğrusöztv.Az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan və türk diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə həmrəylik və Azərbaycana qardaş dəstəyi nümayiş etdirilib. Aksiyada hər iki ölkənin Dövlət Himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətindən danışıblar.

Azərbaycan və Türkiyənin bayraqlarının dalğalandırıldığı tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə son qoyulması ilə bağlı şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Müzəffər Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.

İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib (FOTO) - Gallery Image
İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib (FOTO) - Gallery Image
İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib (FOTO) - Gallery Image
İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Pandemiyanın Azərbaycanda məşğulluq və əmək bazarına təsirinin qiymətləndirilməsi müzakirə olunub

Azərbaycan beynəlxalq səviyyədə tanınmış öz ərazilərini Ermənistanın işğalından azad etməklə BMT-nin qətnamələrinin icrasını təmin edir. Hərbi əməliyyatlar Azərbaycanın öz ərazisində aparılır. Dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə irimiqyaslı terror hücumları edilməsinə baxmayaraq, Azərbaycan Ordusu mülki əhalini heç zaman hədəfə almır. Doğrusöztv.Az Trend- ə istinadən bildirir […]