Azərbaycan Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək

Oxunma vaxtı:1 Dəqiqə, 19 Saniyə

Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək.

Doğrusöztv.Az -ın məlumatına görə, Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir”.

 315 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hazırda Azərbaycan tarixinin ən şanlı, şərəfli dövrlərindən birini yaşayırıq - Deputat

Hazırda Azərbaycan tarixinin ən şanlı, şərəfli dövrlərindən birini yaşayırıq. Şuşa uzun müddət idi ki, işğal altında saxlanılırdı. Artıq azad edilən bu şəhər həmişə Azərbaycanın tarixi mədəniyyət mərkəzi sayılıb.Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, təəssüf ki, düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrimizi […]