Ermənistanın bu gün Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub

Oxunma vaxtı:28 Saniyə

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildiirlib ki, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olmuş, yaşayış evinə isə ciddi ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

 215 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan zəfərə yaxınlaşır - Ərdoğan

Azərbaycan tez bir zamanda zəfərə yaxınlaşmaqdadır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, 30 ildir öz torpaqlarından ayrı qalan Azərbaycan xalqı bu torpaqlarını bir-bir azad edir. “Azərbaycandan xoş xəbərlər aldıqca çox qürurlanırıq, sevinirik” – deyə, Ərdoğan vurğulayıb.  216 total views