Dağlıq Qarabağ məsələsində ikili standartlar ola bilməz – Türkiyə XİN

Oxunma vaxtı:28 Saniyə

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsini Azərbaycanın əraz bütüvlüyünü qeyd-şərtsiz müdafiə etməyə çağırıb.

Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, nazir bildirib ki, bu məsələdə ikili standartlar ola bilməz:

“Biz Gürcüstan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü necə dəstəkləyiriksə, Azərbaycanın da hüquqlarını bu cür müdafiə etməliyik”.

Onun sözlərinə görə, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində BMT Təhlükəsizlik Şurası, ATƏT və AŞ PA-nın qərar və qətnamələrinə uyğun olaraq nəzarət bərpa etmək istəyir:

“Ermənistan işğalı dayandırmalı və dinc sakinlərə bilərəkdən hücumlarına, atəşkəs rejiminin daim pozduğuna görə məsuliyyət daşımalıdır”.

 422 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistanın açıq-aydın müharibə cinayəti beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır - Ceyhun Bayramov

Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında çıxış edib. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir çıxışında deyib: “Öncə, Yunanıstan Hökumətini Nazirlər Komitəsində sədrliyinin uğurla başa çatması münasibətilə təbrik etmək və gələcək Almaniya sədrliyinə tam dəstəyimizi ifadə etmək istərdim. 2021-ci ilin yanvar ayında […]