Dünya mediası Qarabağda Ermənistan tərəfindən döyüşən muzdlulardan yazır

Oxunma vaxtı:45 Saniyə

Qarabağda Ermənistan tərəfində muzdluların döyüşməsi barədə məlumatlar artıq bir çox dünya mediasında yer almaqdadır.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bəzi hallarda mətbuat orqanları Qarabağa yollanmış muzdlulardan müsahibə də alır.

Fransanın FRANCE 24 telekanalı yazır ki, Dağlıq Qarabağda Ermənistan erməniləri ilə yanaşı, Fransa diasporunun üzvləri də döyüşür.

“Reuters” bildirib ki, muzdlulardan biri Livandakı iqtisadi böhranla əlaqədar Ermənistana gəlib və Qarabağda döyüşlərə yollanıb. Livandan döyüşçülərin olmasının Ermənistan Müdafiə Nazirliyi də təsdiqləsə də, konkret say açıqlanmayıb.

“Associated Press” də öz reportajında Livandan gələn muzdlu döyüşçülərə diqqət ayırıb. Qeyd olunub ki, bu ölkədən çoxlu sayda etnik erməni döyüşlərə qatılıb.

Bundan başqa, “Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev öz “Telegram” kanalında Rusiya vətəndaşlarının 1 500 dollar müqabilində döyüşlərə qatıldığınıı yazıb.

“Kommersant”da dərc olunan digər materialda Rusiyadakı ermənilərin Qarabağa getdiyi vurğulanır.

Fransanın “Liberation” qəzeti isə ASALA terror təşkilatının 64 yaşlı üzvü, terrorçu Gilbert Minasyanın Dağlıq Qarabağa Fransadan özü ilə birgə gətirdiyi digər muzdlularla yollandığını yazıb.

 360 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bizim üzərimizə hansı vəzifə düşürsə, 24 saata Azərbaycanın yanındayıq - Mustafa Rifat

Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı deyib. Mustafa Rifat bildirib: “Bizim üzərimizə hansı […]