Koronavirus (COVİD-19) dünyanı narahat edən bir nömrəli məsələ olaraq qalmaqdadır. Dünya ölkələri zaman-zaman sərtləşdirici tədbirlər tətbiq edir və koronavirus infeksiyası ilə mübarizədə hər hansı nəticə əldə etməyə çalışır. Onu da qeyd etmək istəyirəm ki, COVİD-19-un ÜST tərəfindən qlobal pandemiya elan edilməsindən 10 aya yaxın bir zaman keçməsinə baxmayaraq, dünya səhiyyəsi […]
Month: Noyabr 2020
Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? – Şərh
Bildiyiniz kimi, Co Bayden dünya siyasətinə o qədər də yad deyil. Obama administrasiyasında vitse-prezident vəzifəsini icra etmiş Baydenin Azərbaycan Prezidenti ilə də müəyyən təmasları olub. Prezident İlham Əliyev ötən ay ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində Baydenlə bağlı müsbət fikirlərini bölüşmüşdü. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib. […]
Cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın azad edilməsi reallığına inanır – Ekspert
Ərazilərimizin işğaldan azad edilməsi kimi ümummilli məsələdə çox təəssüf ki, radikal müxalifətin ənənəvi kiçik kəsimi yenə də sonadək cəmiyyətimizin mütləq əksəriyyəti ilə bir sırada dayana bilmədi. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, “Milli Şura” adlanan qurumun təmsilçilərinin […]
Sülhməramlılar üçün yüklərin Azərbaycan vasitəsilə daşınması ərazi bütövlüyümüzə hörmətin nümunəsidir – Deputat
Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan və Rusiya arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir. Azərbaycan hökuməti bu yüklərin aparılması, aidiyyəti üzrə çatdırılması üçün lazımı şəraiti yaradır. Bu yüklərin məhz Azərbaycan vasitəsilə çatdırılması eyni zamanda, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətin nümunəsidir. Doğrusöztv.Az-ın məlumatına görə, […]
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək mühüm işlərdən biri də bələdiyyələrin yaradılması və bələdiyyə seçkilərinin keçirilməsidir. Doğrusöztv.Az-ın məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Trend-ə bildirib ki, bu məsələ müvafiq qanunvericiliklə tənzimlənəcək. K.Bayramov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə optimal idarəetmənin təşkili, həmin ərazilərə köçəcək vətəndaşların yerli […]
Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq
Döyüşlərdə yaralanan qazi Elçin Səmədov Bakıya gətirilib. Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Trend-ə Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, Elçin bu gün səhər Bakıya göndərilib və hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalındadır: “Elçin hələlik əməliyyat olunmayıb. O, bu gün səhər saat 06:30-da Bakıya göndərilib. Onu ilk öncə müayinə […]
Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir – Pərviz Şahbazov (MÜSAHİBƏ)
Doğrusöztv.Az Trend İnformasiya Agentliyinin Energetika Naziri Pərviz Şahbazovla müsahibəsini təqdim edir – 30 ilə yaxın davam edən erməni işğalından sonra müzəffər Azərbaycan ordusu torpaqlarımızı azad etdi. Məlumdur ki, bu torpaqlar təbii ehtiyatlarla zəngindir və böyük iqtisadi potensiala malikdir. Bu ərazilərdə hansı işlərin görülməsi planlaşdırır? Dağlıq Qarabağ və ətraf regionlar hidroenerji, […]
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)
Tərtər rayonunun Suqovuşan kəndinə gedən avtomobil yolunun yenidən qurulması üçün ərazilərin minaladan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərərgahının rəisi İdris İsmayılov jurnalistlərə müsahibəsində bildirib ki, təmizləmə işləri 3 istiqamətdə – əllə, mexaniki […]
Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı – Qarabağ qazisi
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı 44 günlük müharibə haqqında hələ çox danışılacaq. Bu döyüşlər tariximizə qızıl hərflərlə yazıldı və illər ötəcək, nəsillər dəyişəcək, ancaq bu döyüşlər daim fəxr və qürur hissi ilə xatıranacaq, gələcək nəsillər bu döyüşlər haqqında fəxarətlə danışacaq, çünki bu döyüşlər əsrlər boyu ermənilərin […]
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və beynəlxalq təşkilatların nümayəndəliklərin rəhbərləri noyabrın 28-də erməni işğalından azad olunmuş Tərtər və Ağdamda olublar. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, səfərdən sonra Hikmət Hacıyev özünün Twitter səhifəsində bir sıra foto və videogörüntülər […]