Azərbaycanın düşmənə yeni sürpriz silahı hazırdır – Detallar

Oxunma vaxtı:50 Saniyə

Düşmənin qorxulu röyaları hələ irəlidədir. Bu it sürüsünü məhv etmək üçün ordumuz malik olduğu silahların və hərbi texnikanın hələ sadəcə, bir qismindən istifadə edir. Yeni, indiyədək istifadə olunmamış silahlar arasında Türkiyənin STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ) şirkətinin istehsalı olan “Kargu-2” barraj edən döyüş sursatı, yəni kamikadze dron da var. Ağıırlığı 15 kq olan dron havada yarım saata qədər qalır, 150 km/saat sürətlə hərəkət edir. “Kargu-2” çəkisi 1,5 kq olan qəlpəli, termobarik və ya kumulyativ mərmilər, yaxud raketlər daşıya bilir. Dron 2,8 km-dək yüksəkliyə qalxaa bilir. Videogörüntülərin ötürülməsi şərtilə ikitərəfli əlaqə radiusu 10 kilometrdir. “Kargu-2” dronlarından “dəstə” formatında istifadə olunur. Yəni 20 dron eyni vaxtda havaya qaldırılır, bir operator tərəfindən idarə olunur. İndi bir anlıq təsəvvür edin ki, düşmən mövqeyinə minimum 20 “Kargu-2″dən ibarət dron dəstəsi yollanır. Üstəlik, dron yarımavtomat rejimdə də çalışa bildiyindən o, hədəfi müstəqil şəkildə aşkarlayaraq məzhv edə bilir. Operatora qalan sadəcə, hücumu təsdiqləmək, ləğv etmək və ya dron dəstəsini başqa hədəfə yönəltməkdir.

 478 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir - Prezidentin köməkçisi

Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev […]