İrəvanı üzəcək AÇIQLAMA: “Azərbaycan Qarabağ məsələsini artıq həll edib” – VİDEO

Oxunma vaxtı:43 Saniyə

“Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatları ardıcıl şəkildə və uğurla həyata keçirir”. Oxu24.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladislav Şurıgin deyib. Ekspertin fikrincə, müəyyən məqamdan sonra həm Azərbaycan Ordusunun texniki və təşkilati üstünlüyü, həm də Ermənistandakı daxili böhran öz təsirini göstərməyə başladı: “Nəticədə Azərbaycan 28 ildir Ermənistanın nəzarətində olan torpaqlarını inamlı şəkildə azad edə bilib. Mən bunu Azərbaycanın siyasi və hərbi rəhbərliyi tərəfindən son illər gördüyü böyük işlərin bəhrəsi kimi görürəm. Qarşıya qoyulan vəzifələri yerinə yetirən Azərbaycan Ordusunu müsbət qiymətləndirirəm. Belə ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpası olan başlıca məsələni həll etməyə qadir olan regionun güclü ordularından birini yaratmağa müvəffəq olub”. Ekspertin qənaətincə, Azərbaycan artıq Dağlıq Qarabağ probleminin həllinə nail olub: “Ermənistanla Azərbaycan hərbi, iqtisadi potensial baxımdan müqayisə oluna bilməz. Bu münaqişə zamanı əldə olunan döyüş təcrübəsi sayəsində Azərbaycan ordu quruculuğuna bundan sonra da uğurla davam edə biləcək”. (Report)

 1,148 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"

“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”. Oxu24.com-un xəbərinə görə, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb.  1,149 total views