Türk Şurasından dəstək: Biz bu savaşda Azərbaycanın yanındayıq

Oxunma vaxtı:36 Saniyə

Bu müharibə qardaş Azərbaycan xalqı üçün Vətən savaşıdır. Biz bu savaşda Azərbaycanın yanındayıq.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev deyib.

Baş katib Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərinə raket hücumu nəticəsində dağılan ərazilərini gəzib. O, düşmənin mülki yaşayış məntəqələrinə və dinc əhaliyə raket hücumlarını sərt dillə qınayıb:

“Türk dilində danışan ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün haqqını qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün Vətən savaşıdır. Biz bu savaşda Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana sülh və zəfər diləyirik”.

B.Amreyev problemin Azərbaycanın ərazi bütövlüyü təməlində, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarına uyğun şəkildə sülh yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib.

 310 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramov Moskvaya gedib

Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Doğrusöztv.Az nazirliyə istinadən məlumat verir.  311 total views