Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı – Deputat

Oxunma vaxtı:57 Saniyə

Əgər Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağla bağlı yaranan hazırkı proseslər elə yarandığı vaxtda – 1990-cı illərin əvvəllərində sönərdi.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün qardaş Türkiyəyə, Pakistana və ölkəmizin haqq işini müdafiə edən digər dövlətlərə öz təşəkkürünü bildirir.

Deputat qeyd edib ki, son dövrlərdə biz Ukraynanın proseslərlə bağlı psinsipial mövqeyini müşahidə edirik. İran da Azərbaycanın ərazi bütövlüyünü və bizim işğaldan azad etmə hərəkatını dəstəklədiyini bildirir:

”Avropa və Asiyada da belə dövlətlər var. Türkiyənin və bir neçə ölkənin prinsipial mövqeyi Ermənistanın daim narahat olmasına, bu ölkənin cəzasız qalmayacağı fikrinin Damokl qılıncı kimi onun üstündən asılmasına səbəb olub. Ancaq Azərbaycan bu gün ölkəmizdə baş verənlərə susqunluq nümayiş etdirən və onun haqq işinə hər hansı münasibət göstərməyən siyasi dairələrin də hərəkətlərini görür. Hesab edirəm ki, ümumilikdə dünyada işğalçı ölkələrə qarşı bir yanaşma olmalıdır. Beynəlxalq hüququ pozan, digər dövlətlərin torpaqlarına iddia edən, dinc əhaliyə qarşı terror hərəkətləri törədən ölkələrə qarşı birmənalı şəkildə qəti və prinsipal mövqe nümayiş etdirilməlidir”.

Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı - Deputat - Gallery Image

 315 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub

“Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında […]