Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb – MN

Oxunma vaxtı:27 Saniyə

Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.

 370 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bəziləri deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır, onsuz da müharibə aparmayacağıq... - Deputat

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan iqtisadi cəhətdən güclənib, beynəlxalq arenada mövqeləri möhkəmlənib və söz sahibinə çevrilib. Bu illər ərzində ölkə başçısı bütün beynəlxalq və daxili tədbirlərdə həmişə torpaqlarımızın işğal altında olması ilə bağlı narahatlığını bildirir və azad olunacağı ilə bağlı ictimaiyyəti məlumatlandırırdı. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə […]