Ərdoğan Ermənistanı silahla təmin edən ölkələrin adlarını açıqladı: “Açıq şəkildə…”

Oxunma vaxtı:38 Saniyə

Ermənistanı silahla təmin edən Minsk Qrupunun 3 həmsədr ölkəsi – ABŞ, Fransa və Rusiyadır.

Oxu24.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Şırnakdakı 7-ci qurultayında çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, bütün bunların qarşılığında Azərbaycan ermənilərə qarşı çox ciddi bir mübarizə aparır: “Bu mübarizə Azərbaycanın öz torpaqlarını işğalçılardan xilas etmək üçündür. Bundan böyük haqq ola bilməz. 30 il ərzində Minsk Qrupu ölkələri bu torpaqları Azərbaycana vermədilər. İndi də Azərbaycan xalqı özləri bu torpaqları işğaldan azad edir. Allah yardımçıları olsun. İnanırıq ki, bu iş böyük qələbə ilə bitəcək. Bu gecə atəşkəs elan edildi, lakin Ermənistan yenidən hücuma keçdi. Bütün bu faktlar açıq şəkildə ortada olsa da, Qərb susur. Türkiyə səsini çıxaranda, “Türkiyə heç susmur” deyirlər. Durmayacağıq!” 

 2,124 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir

Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər […]