Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb

Oxunma vaxtı:42 Saniyə

Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Türk Ticarət və Sənaye Palatasının sədri Rıfat Hisarcıklıoğludan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yenidən başlanan hücumlarını kədər hissi ilə öyrəndik və yaxından izləyirik. Bu hücumlar bölgəmizdə sülh səylərinə böyük zərbə vurur.

Bu hücumlarla beynəlxalq hüquq açıq şəkildə pozulmaqdadır. Mülki şəxslər arasında da itkilərə səbəb olan hücumları şiddətlə qınayırıq. Ermənistan bu hücumlarla bölgədə sülhə və sabitliyə ən böyük təhdid olduğunu bir daha göstərdi.

Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün legitim müdafiə hüququnu dəstəkləyirik. Bu prosesdə türk biznes aləminin, o cümlədən Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır. Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırırıq.

Fürsətdən istifadə edərək, həlak olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyir, can Azərbaycana başsağlığı veririk”.

 161 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Təcili: Baş Prokurorluq vacib video yaydı

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi […]