Təcili: Baş Prokurorluq vacib video yaydı

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanıb. Xarici vətəndaşlardan Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunması tələb olunur. 

 513 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Zəngilana Azərbaycan bayrağı sancıldı

Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə ediblər.“Report” xəbər verir ki, məruzədə deyilib:“Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.  514 total views