“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Prezident İlham Əliyevə məktub göndərib

Oxunma vaxtı:46 Saniyə

“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayyub Sumbaldan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident İlham Əliyev,

“Azərbaycanın Dostları” Ermənistanın mülki insanları hədəfə alaraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə qarşı həyata keçirdiyi raket hücumunu və bunun nəticəsində günahsız insanların həlak olmasını kəskin şəkildə pisləyir.

Bu hücum Ermənistan tərəfindən günahsız insanlara qarşı törədilmiş açıq-aşkar təcavüz aktıdır və müharibə cinayəti hesab edilir.

Ermənistanın atəşkəs haqqında razılaşmanı pozaraq mülki əhalini davamlı şəkildə hədəfə alması onun Azərbaycana qarşı yürütdüyü təcavüzkar planlarının və siyasətinin təzahürüdür.

“Azərbaycanın Dostları” bu çətin vaxtda Azərbaycan vətəndaşı və Azərbaycan hökumətinin yanındadır və biz Azərbaycan Respublikasının torpağı olan Dağlıq-Qarabağla bağlı ölkənizin prinsipial mövqeyini dəstəkləməkdə davam edəcəyik.

Mən Sizə Gəncə şəhərinə hücum zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Erməni vəhşiliyi nəticəsində yaralanmış insanlara isə tezliklə şəfa tapmalarını diləyirəm.

Allah Sizi və Azərbaycan xalqını qorusun! Amin.

 16 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ermənistan dövlət sərhədində də atəşkəsi pozub - MN

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.  17 total views