Rusiya XİN rəsmisi və Aİ-nin xüsusi nümayəndəsi Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Oxunma vaxtı:27 Saniyə

Oktyabrın 15-də Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar arasında telefon danışığı olub.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, tərəflər Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, danışıqlar zamanı oktyabrın 10-da əldə olunmuş humanitar atəşkəs rejimin elan olunmasından sonra yaranan vəziyyət dəyərləndirilib.

Rəsmilər münaqişə tərəflərini Moskva sazişinin bütün bəndlərinə, ilk növbədə atəşin dayandırılmasını, dayanıqlı yoxlama mexanizminin yaradılmasını və ATƏT Minsk qrupunun səyləri çərçivəsində substantiv danışıqların aktivləşdirilməsini nəzərdə tutan müddəalara əməl etməyə çağırıb.

 179 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İndiki mərhələdə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi mümkün deyil - Deputat

Ermənistan həmişə danışıqlar prosesindən və razılaşdırılmış əsas şərtlərdən yayınmağa çalışıb və indi də bölgəyə sülhməramlıların yerləşdiriliməsi və yaxud atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini gendəmə gətirib, lakin bunların heç bir əsası yoxdur. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Deputat bildirib ki, işğal […]