Ermənilər Tərtərdə qəbiristanlığı atəşə tutdu: 3 ölü, 5 yaralı var (FOTO)

Oxunma vaxtı:46 Saniyə

Tərtərdə ermənilərin qəbiristanlığı atəşə tutması nəticəsində yaralıların sayı 5-ə çatıb. Trend-in məlumatına görə, 3 nəfər həlak olub.

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.

“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”.

XXX

13.47

Erməni hərbi birləşmələri Tərtərdə əhalini atəşə tutub.

Trend-in cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, hadisə şəhər qəbiristanlığında dəfn mərasimi zamanı baş verib.

Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub.

3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ermənilər Tərtərdə qəbiristanlığı atəşə tutdu: 3 ölü, 5 yaralı var (ƏLAVƏ OLUNUB-2) (FOTO) - Gallery Image

 184 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Rusiya XİN rəsmisi və Aİ-nin xüsusi nümayəndəsi Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Oktyabrın 15-də Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar arasında telefon danışığı olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, tərəflər Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, danışıqlar zamanı oktyabrın 10-da əldə olunmuş humanitar atəşkəs […]