Qubadlıda düşmənin “Toçka-U” taktiki raket kompleksi məhv edildi – General-mayor

Oxunma vaxtı:40 Saniyə

“Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv deyilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi”.

Dogrusoztv.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi general-mayor İkram Əliyev bildirib.

Onun sözlərinə görə, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd “Toçka-U” raketi məhv edilib: “Oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla “Elburus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qarabağa gətrilərdisə, Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir”.

 535 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
100%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “Qubadlıda düşmənin “Toçka-U” taktiki raket kompleksi məhv edildi – General-mayor

Bir cavab yazın

Next Post

Azərbaycan Ordusu daha 8 kəndi işğaldan azad etdi - Prezident AÇIQLADI

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.  536 total views