General-mayor əks-hücum əməliyyatından DANIŞDI

Oxunma vaxtı:38 Saniyə

“Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları başlayıb”.

Doğrusöztv.Az -ın  məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

O bildirib ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əks-həmlə əməliyyatına başlayıb: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycan Ordusu yalnız Ermənistanın hərbi texnikasını hədəfə alır. Lakin Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini hədəfə alır, hətta təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atır”.

İdarə rəisi qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın qədim və böyük şəhərlərindən olan Gəncəni raket atəşinə məruz qoyub, nəticədə xeyli sayda mülki insan həlak olub və xəsarət alıb.

 281 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Son dəqiqə! Ordumuz düşmənin bir bölüyünü məhv edib

“Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb”. Bu barədə Oxu24.com -a Müdafiə Nazirliyindən bildirilib.  282 total views