Mülki əhali və şəxsi heyət arasında təbliğat-təşviqat işləri davam edir – VİDEO

Oxunma vaxtı:30 Saniyə

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.
Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə məlumatlar şəxsi heyətə və mülki sakinlərə operativ şəkildə çatdırılır. 
Təşviqat tədbirlərinin məqsədi Ordu-Xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də döyüşlərdə rəşadət göstərən şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin təbliğ edilməsidir.
Şəxsi heyət və cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanan tədbirlər səyyar səsyayıcı stansiyalar vasitəsi ilə yayımlanan hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilir.

 81 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sondəqiqə! Azərbaycan Yunanıstandan səfirini məsləhətləşmələr üçün geri çağırıb

Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 27-də Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq […]