Abşeronda komendant postunda saxlanılan iki avtomobildə odlu silah aşkarlanıb

Oxunma vaxtı:31 Saniyə

Abşeronda iki avtomobildən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, oktyabrın 4-də saat 21 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb. 

Bundan başqa, ötən gün paytaxt sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil də Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.

Hər iki sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

 236 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ! SOCAR BTC-yə erməni terroru ilə bağlı açıqlama yaydı

“Azərbaycanın Baş Prokurorluğuna istinadən bəzi KİV-lərdə yayılmış xəbərdə bildirilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb”. Doğrusöztv.Az  xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. İ.Əhmədovun […]