SON DƏQİQƏ! Ərdoğan Azərbaycana görə təcili iclas çağırdı

Oxunma vaxtı:21 Saniyə

Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Doğrusöztv.Az  xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.

İclasda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, pandemiya şəraitində ölkədə təhsilin təşkili məsələləri müzakirə ediləcək. 

 310 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Çavuşoğlu Bakıya niyə gəlib? - Özü açıqladı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək vermək üçün Bakıya səfər etdiyini bildirib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısının “Twitter” hesabında etdiyi paylaşımda bildirilib.  “Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün Bakıdayıq”, – deyə M. Çavuşoğlu vurğulayıb.  311 total views