Kamran Əliyev: “Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynəlxalq qurumlara müraciət olunacaq”

Oxunma vaxtı:21 Saniyə

Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynəlxalq qurumlara müraciət olunacaq.

Doğrusöztv.Az-ın məlumatına görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev bəyanat verib.

Bəyanatda deyilir ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir: “Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək”.

 305 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanın Baş Prokuroru bəyanat verib

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bəyanatla çıxış edib. Baş Prokurorluqdan  daxil olan bəyanatda qeyd olunur ki, sentyabr ayının 27-dən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı başlanmış təcavüz davam edir. Azərbaycan Ordusu tərəfindən əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edilib: “Buna cavab olaraq qondarma […]