Ermənilər bir birini qırır – Şok

Oxunma vaxtı:26 Saniyə

“Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib” APA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. “Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır. Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var”, – deyə V.Dərgahlı qeyd edib.

 348 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi - FOTO

Azərbaycan Ermənistanda könüllüləri daşıyan avtobusu vurub. DOĞRUSÖZTV.AZ BAKU.WS ə istinadən xəbər verir ki, Vardenisdə (Ermənistanın Qeqarkunsk əyaləti) hərəkət edən avtobus pilotsuz uçan aparatla vurulub. PUA ilə vurulan nəqliyyat vasitəsi yanmağa başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Artsun Ovanisyan bildirib. Bəzi məlumatlara görə, avtobusda 60-a yaxın könüllü olub. […]