Baş Nazirdən təhsillə bağlı yeni QƏRAR

Oxunma vaxtı:47 Saniyə

Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib.

Dogrusoztv.Az xəbər verir ki, bununla bağlı baş Nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.

Bu Qaydalarda “subbakalavrlar” dedikdə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.

Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

 1,016 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Akif Qurbanova yeni vəzifə VERİLDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  Elmi Komitəsinin Sədri, professor Akif Qurbanova yeni vəzifə verilib. Dogrusoztv.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumata görə, Akif İrzaxan oğlu Qurbanov TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı tərəfindən V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstituna elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.  1,017 total […]